
RYLA (Rotary Youth Leadership Awards) dünya Rotary Klubları tərəfindən təşkil edilən Liderlik proqramıdır. Hər il minlərlə gənc bu layihəyə qoşulmaqdadır. Rotary Klubları və həmin klubların bağlı olduğu bölgə komitəsi layihə ilə bağlı bütün xərcləri qarşılayır. Azərbaycanda da Bakı Xəzər Rotary və Bakı Beynəlxalq Rotary Klubları hər il mütəmadi olaraq bu layihənin uğurla həyata keçirilməsinə səy göstərir.
RYLA-nın məqsədi
- Rotary-nin gənclərə hörmət və ehtiramını nümayiş etdirir
- Seçilmiş gəncləri və Potensial liderləri effektiv təlimlə təmin edir
- Gənclər tərəfindən gənclərin liderliyini təşviq edir
- Cəmiyyətə xidmət göstərən Gənc insanları tanıyır
RYLA proqramı aşağıdakı əsas mözvzuları əhatə edir
- Liderliyin əsasları
- Liderlik Etikası
- Efektli Liderlikdə ünsiyyət bacarıqlarının vacibliyi
- Problemlərin həlli və münaqişələrin idarə olunması
- Rotarynin məqsədi və cəmiyyətə xidmət
- Özünə güvən və özünə hörmət yaratma
- Cəmiyyətin və qlobal vətəndaşlığın elementləri