ROTARAKT NƏDİR?

Rotarakt klubları cəmiyyətdəki liderlərlə fikir mübadiləsi, liderlik və peşə bacarıqlarını inkişaf etdirmək və əylənərək cəmiyyətə xidmət göstərmək üçün 18-30 yaş arası gəncləri bir araya gətirir.

Rotari və Rotarakt üzvləri dünya miqyasında fəaliyyət göstərən icmalarda xidmət vasitəsilərini hərəkətə gətirərək yan-yana çalışırlar. Böyük şəhərlərdən ucqar kəndlərə qədər, Rotarakt cəmiyyəti müsbət istiqamətdə dəyişdirir.

NƏYİ EHTİVA EDİR?

Rotarakt üzvləri öz klub və fondlarını təşkil və idarə edir, fəaliyyət və xidmət layihələrini planlaşdırmağa və həyata keçirməyə qərar verirlər. Rotari klubu sponsorları rəhbərlik və dəstək təklif edər və xidmətdə tərəfdaşlar olaraq klubla birlikdə çalışarlar.

NİYƏ ROTARAKTA QOŞULMALI?

Digər gənc işgüzar mütəxəssislərlə tanış olmaq.
Rotari dəyəri və gücü haqqında daha çox məlumat əldə etmək.
Rotarianlarla, cəmiyyətin iş və peşəkar liderləri ilə tanış olmaq.
Liderlik bacarıqlarınızı artırmaq.
Digər RI proqramları ilə gənclərə qoşulmaq (Interact & RYLA).
Dünyanın hər yerindən olan Rotaraktlar ilə yeni dostluqlar qazanmaq.

NECƏ QATILA BİLƏRƏM?

Bölgənizdə Rotarakt klubu olub olmadığını öyrənmək üçün universitetinizlə əlaqə saxlayın və ya bir Rotari klubuna müraciət edin. Rotarakt klubunun növbəti iclasına, xidmət layihəsinə və ya sosial layihələrinə necə qoşula biləcəyinizi öyrənin.

BAKI ROTARAKT KLUBU

Bakı Rotarakt Klubu 5 sentyabr 2002-ci ildə Bakı Rotari Klubunda olan 18 gənc və motivasiyalı şəxşlər tərəfindən yaradılmışdır. Bakı Rotarakt Klubu 2430 Bölgəsinin bir hissəsi kimi Azərbaycanda nizamlanan ilk beynəlxalq klubdur.

Yaranma tarixi: 5 sentyabr 2002-ci il
Rİ Bölgə: 2430
Tərəfdaş Rotari klub: Bakı Xəzər Rotari Klubu

Mükafatlar

“2004-05 Ən yaxşı veb sayt mükafatı”
“2005-06 Türkiyə, Azərbaycan və Qırğızıstanda 50 klub arasında beş ən aktiv klublardan biri kimi fərqlənmə mükafatı”
“2007-08 Layihələrin və fəaliyyətlərin ümumi keyfiyyətinə görə Bölgədən xüsusi mükafat”
“2009-10 Türkiyə, Antalyada təşkil edilən 2430 İllik Konfransından mükafat”